Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən vətəndaşların növbəti səyyar qəbulu keçirilib.

16 yanvar 2020 | 16:00

16 yanvar 2020-ci il tarixdə, 10 nömrəli tam orta məktəbdə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən təsdiq olunmuş qrafikə uyğun olaraq vətəndaşların növbəti səyyar qəbulu keçirilmişdir. Qəbulda İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişdir.
     Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında keçirilmiş 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə ilə bağlı ətraflı çıxış edərək, qeyd olunan müddətdə istər respublikamızda, istərsə də şəhər  miqyasında əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışmışdır. İlqar Abbasov qeyd edib ki, 2019-cu ildə respublikamızda həyata keçirilən böyük həcmli enerji layihələri, genişmiqyaslı struktur və kadr dəyişiklikləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, o cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, şəhid vərəsələrinə birdəfəlik vəsaitin ödənilməsi, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, eyni zamanda Şirvan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər 2019-cu ilin bütövlükdə ölkəmiz və şəhərimiz üçün uğurlu il olduğunu göstərir.
   Qəbul zamanı 24 nəfər şəhər sakini onları narahat edən müxtəlif sosial məsələlərlə bağlı şəhər İcra Hakimiyyətinin başçısına müraciət ünvanlamışlar. Qəbula gələn vətəndaşlar fərdi qaydada dinlənilmiş və müarciətlərə aydınlıq gətirilmişdir. Həlli vacib olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq qanunauyğun şəkildə tədbirlərin görülməsi  üçün şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. 
    Sakinlər onlara yaradılan şəraitə, göstərilən qayğıya və problemlərinin həllinə yönəlmiş səyyar görüşlərin təşkilinə görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını bildiriblər.

Keçidlər