“Azərbaycan xalqının şərəf və qəhrəmanlıq tarixi” mövzusunda anım tədbiri keçirildi.
Tarix-Diyarşünaslıq muzeyində “Azərbaycan xalqının şərəf və qəhrəmanlıq tarixi” mövzusunda anım tədbiri keçirildi.
Tədbirdən əvvəl 20 Yanvar şəhidlərinin xətirəsi bir dəqiqəlik sükutla anıldı. Çıxış edənlər qeyd etdilər ki, otuz il bundan əvvəl baş vermiş 20 Yanvar hadisələri azərbaycan xalqının tarixində həm qanlı, həm də şərəf və qəhrəmanlıq səhifəsidir. Ötən əsrin 80-ci illərin sonunda bütün SSRİ-ni ümümxalq etiraz dalğası bürümüşdü. Bu Azərbaycandan da yan ötmədi. Amma bizim respublikada azadlıq və müstəqillik üğrunda ümümxalq mübarizəsi Qarabağdan başladı. Bakıda törədilmiş qanlı hadisələrə ilk olaraq etiraz səsini Moskvadan Heydər Əliyev qaldırmışdır. Məhz Ümummilli lider Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi qiymət verilmişdir.
Tədbir şəhər 20 və 21 nömrəli tam orta məktəblərlərin və Şirvan Peşə Liseyinin tələbələrinin ifasında ədəbi-bədii kompozisiya ilə davam etmişdir.