Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaq Musiqi Məktəbində anım tədbiri keçirildi.

16 yanvar 2020 | 16:00

Şirvan şəhər Uşaq Musiqi Məktəbində 20 yanvar  faciəsinin 30-cu il dönümü ilə əlaqədar anım tədbiri keçirildi
İlk öncə həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutaraq şəhidlik zirvəsinə ucalmış mərd Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükütlə yad edilmişdir.
     Tədbiri giriş sözü ilə  açan məktəbin direktoru Əbülfət İsmayılov Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən, keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun misli görünməmiş cinayətlərindən danışdı. 20 Yanvar günü bütün faciəsinə rəğmən xalqımızın milli müstəqillik, azadlıq uğrunda şəhidliyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzinə çevrildi. 20 Yanvar Azərbaycan xalqını müstəqilliyə, milli-mənəvi və dini dəyərlərin bərpasına aparan yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi oldu.
     Sonra tədbir məktəbin şagirdləri tərəfindən hazırlanmış musiqili kompozisiyanın nümayişi ilə davam etmişdir.

Keçidlər