“Qəhrəmanliq tariximiz” adlı tarix dərsi keçirildi.
Şirvan şəhər Mədəniyyət Mərkəzi tərəfindən 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibəti ilə şəhər 18 nömrəli təbiət, humanitar təmayüllü məktəb-liseydə 6A sinfində təhsil alan şagirdlərin iştirakı ilə “ Qəhrəmanliq tariximiz” adlı tarix dərsi keçirildi.
Şagirdlərə 20 Yanvar faciəsi ilə əlaqədar ətraflı məlumat verilmiş, tarixin qara səhifəsinə yazılmış 20 Yanvar faciəsi 30 il əvvəl baş verməsinə baxmayaraq hələ də acı həqiqət olaraq qalması vurğulanmışdır. O müdhiş gecədə xalqımızın milli mənliyini qorumaq naminə qeyrətli oğullarımız və qızlarımız öz qanlarıyla tarixin qəhrəmanlıq səhifəsini yazdılar.
Şagirdlərə Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış 20 Yanvar faciəsinin ağrı-acısını özündə əks etdirən bukletlər paylanılmışdır. Daha sonra mövzu ətrafında şagirdlərin çıxışları dinlənilmişdir.