Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər Evində “20 Yanvar” faciəsinin otuzuncu ildönümü ilə bağlı anım tədbiri keçirildi.

17 yanvar 2020 | 16:00

17 yanvar 2020-ci il tarixdə, Şirvan Gənclər Evində, Gənclər Evinin və Şirvan şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı əsasında gənclərin iştirakı ilə “20 Yanvar” faciəsinin otuzuncu ildönümünə həsr olunmuş ”Şanlı və qanlı tarix” adlı anım tədbiri keçirildi. Tədbir iştirakçıları ilk olaraq 20 Yanvar faciəsini əks etdirən fotoşəkillərdən və rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
     Çıxışlarda qeyd olunub ki, xalqımızın müstəqillik uğrunda mübarizliyinin və şücaətinin təcəssümü olaraq milli qürur mənbəyinə çevrilmiş 1990-cı il 20 Yanvar hadisələrindən otuz il ötür. Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvafiq Sərəncam imzalanıb və qəbul olunmuş tədbirlər planına uyğun olaraq respublikamızda və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilir. Həmin hadisələr müasir zamanda müstəqillik mübarizəmizin dönüş nöqtəsi olub. Məhz, o dəhşətli günlərdə xalqımız bir yumruq kimi vahid bir ideya ətrafında birləşməyi bacarıb. Bu, uzun illər Sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Xalqımızın həmin günlər daim xatırlayacağı  və 20 Yanvarın hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd ediləcəyini bildirilib.                                                                          

Keçidlər