Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov vətəndaşları qəbul edib.

24 yanvar 2020 | 16:00

24 yanvar 2020-ci il tarixdə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Şirvan Gənclər Evində Şirvan şəhəri və Hacıqabul rayonundan olan vətəndaşların müraciət və şikayətlərinə baxıb.
Müraciətlər əsasən qəsəbələrarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub. Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən AAYDA-nin İdarə heyətinin sədri şikayətlərin qısa müddətdə araşdırılması və zəruri tədbirlərin görülməsi üçün aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib.
Sakinlərin ərazilərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər