Şriftin ölçüsü :

Saytın rəngi :

13 nömrəli tam orta məktəbdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun sakinlərlə növbəti səyyar görüşü keçirilib.

22 sentyabr 2022 | 17:08

22 sentyabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 13 nömrəli tam orta məktəbdə şəhər sakinləri ilə növbəti səyyar görüş keçirib. Görüşdə Milli Məclisin deputatı İltizam Yusifov, Şirvan Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbərləri iştirak edib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov görüş iştirakçılarını salamladıqdan sonra ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı əhalinin sosial rifah halının yaxşılaşmasına xidmət edən dövlət siyasətindən, regionların inkişafı üzrə dövlət proqramlarının icrasından, 2 il əvvəl dünyanı bürüyən koronavirus pandemiyasına qarşı ölkəmizin dünyaya nümunə olan mübarizə tədbirlərindən, 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Yüzlərlə şirvanlı gəncin ordu sıralarına könüllü yazılmaq üçün müraciət etdiyini, 22 nəfərin şəhid olduğunu, 100 nəfərdən çoxunun yaralandığını vurğulayıb. Şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının Şirvan şəhərində də davam etdirildiyini, şəhidlərin xatirəsinin daim əziz tutulduğunu qeyd edib. Şəhər ərazisində genişmiqyaslı abadlıq-quruculuq işlərinin, şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb. Milli Məclisin deputatı İltizam Yusifov çıxış edərək, Şirvan şəhərində illərlə yığılıb qalan problemlərin çox hissəsinin son illərdə həllini tapdığını, əhalinin həyat şəraitinin, şəhərin zahiri görkəminin xeyli dəyişdiyini bildirib. Sonra sakinlərin müraciət və problemləri dinlənilib, qaldırılan məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması vaxt tələb edən məsələlərlə bağlı müvafiq göstərişlər verilib. Sakinlər qəbuldan razı qalıb, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minətdarlıqlarını ifadə ediblər.

 

 

Mətbuat xidməti

Keçidlər