Şriftin ölçüsü :

Saytın rəngi :

Sənaye və Energetika Nazirliyinin idarələrinin yeni inzibati binaları istifadəyə verilib

14 oktyabr 2011 | 15:00

Azərbaycan Sənaye və Energetika Nazirliyi bu həftə Kürdəmir və Şirvan şəhərlərində Dövlət Enerji nəzarət və Dövlət Qaz nəzarət idarələrinin regional sektorunun yeni inzibati binalarını istifadəyə verib. Bu barədə cümə günü nazirliyin rəsmi saytında dərc edilmiş məlumatda deyilir.

Yeni inzibati binaların açılış mərasimində Azərbaycan sənayə və energetika nazirinin müavini Gülməmməd Cavadov iştirak edib.

Azərbaycan Sənaye və Energetika Nazirliyi sənaye və yanacaq-energetika kompleksində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Sənaye və yanacaq-energetika kompleksi mədənçıxarma, emal (neftin və qazın emalı, nəqli və paylanması, kimya, maşınqayırma, metallurqiya, yüngül və digər sənaye sahələrindən), elektrik və istilik enerjisinin istehsalı, təchizatı, ötürülməsi və bu sahələrlə əlaqədar işləri həyata keçirən hüquqi şəxslərdən və fərdi sahibkarlardan ibarətdir.
 

Keçidlər