Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzində təlim keçirildi.
26 yanvar 2020 | 16:00
25 yanvar 2020-ci il tarixdə, Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzində ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə "Fiziki məhdudiyətli şəxslərin hüquqlarının qorunması" layihəsi çərçivəsində təlim keçirilmişdir.
Təlim çərçivəsində layihənin rəhbəri Hafis Həsənov tərəfindən əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyası, cəmiyyətin həyatında tam həcmdə iştirakının və sosial inteqrasiyasına şəraitin yaradılması, əlilliyi olan şəxslərin hüquqları üzrə məlumatlılığın artırılması və onların hüquqi yardıma əlçatanlıq imkanlarının genişləndirilməsi barədə iştirakçılara ətraflı məlumatlar verilmişdir.