Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Məclisə keçiriləcək seçkilərdə polisin xidməti fəaliyyətinə dair regional seminar-müşavirə keçirildi.

29 yanvar 2020 | 16:00

29 yanvar 2020-ci il tarixdə, Şirvan şəhər Polis Şöbəsinin iclas zalında, Mərkəzi Seçki Komissiyasının və Daxili İşlər Nazirliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə regional seminar-müşavirə keçirilmişdir. Seminar-müşavirə seçki prosesində, eləcə də səsvermə günü polisin xidməti fəaliyyətini, polis orqanları ilə seçki komissiyalarının qarşılıqlı fəaliyyətini təkmilləşdirmək, bu istiqamətdə görülmüş işlərin səmərəliliyini daha da yüksəltmək məqsədi daşıyıb.
   Müşavirədə Mərkəzi Seçki Komissiyasının üzvləri İlham Məmmədov və Bəxşeyş Əsgərov, 27 seçki dairəsindən dairə seçki komissiyalarının sədrləri və həmin dairiələrin təmsil olunduğu şəhər və rayon polis şöbələrinin ictimai təhlükəsizlik bölmələrinin əməkdaşları iştirak etmişdir.
      Müşavirədə çıxış edənlər qeyd ediblər ki, parlament seçkilərinin ölkə qanunvericiliyinin tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsi, səsvermə günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsi üçün ictimai asayişin qorunması mühüm amillərdən biridir. Müşavirədə seçkiqabağı təşviqat dövründə, səsvermə günü, eyni zamanda rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması prosesində polis əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər, eləcə də digər rol və vəzifələri barədə ətraflı məlumatlar verilmişdir.
      Sonda seminar-müşavirə iştirakçılarının sualları cavablandırılıb.                                                                                          

Keçidlər