Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaradıcı və istedadlı gənclər gələcəyimizdir” adlı tədbir keçirildi.

31 yanvar 2020 | 16:00

30 yanvar 2020-ci il tarixdə Şirvan şəhər Mədəniyyət Mərkəzində “Yaradıcı və istedadlı gənclər gələcəyimizdir” adli konsert proqramı və sərgi təşkil olunmuşdur. Sərgidə istedadlı şagirdlərin 20-ə qədər əl işi və rəsm əsərləri nümayiş etdirilmişdir.
    Əvvəlcə Mədəniyyət Mərkəzinin direktoru Namini Nəmidə çıxış edərək bildirib ki, layihənin keçirilməkdə məqsədi gənclərin yaradıcılığına yeni baxış ortaya qoymaq, istedadlı gənclərin xüsusi bacarıqlarını inkişaf etdirmək, milli, mədəni və mənəvi dəyərlərimizi təbliğ etmək və gənclərin asudə vaxtının səmərəli təşkilinə nail olmaqdır. Qaliblərə şəhər Mədəniyyət Mərkəzinin diplomları təqdim edilmişdir.
    Sonra tədbir şagirdlərin bir-birindən rəngarəng rəqs nömrələri və musiqi sədalari altinda davam etdirildi.                                                          

Keçidlər