Şirvan şəhərində “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyyəsində rolu” mövzusunda konfrans keçirildi.
17 may 2014 | 15:00
16.05.2014-cü il tarixdə saat 16.00-da Şirvan şəhər Mədəniyyət Evində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2244/R-02/16 saylı 05.05.2014-cü il tarixli məktubuna əsasən “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyyəsində rolu” mövzusunda konfrans keçirildi. Konfransda Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov, şura üzvləri, hüquq mühafizə orqanları, ictimai-siyasi təşkilatların rəhbərləri və 250 nəfər iştirak etdi.