Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində çoxmənzilli yaşayış binalarının zirzəmilərində təmir işləri davam etdirilir.

31 yanvar 2020 | 16:00

Son illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hökumətin iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqət yetirilir, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramları, fərman və sərəncamlar yüksək dinamizmlə icra olunur. Regional inkişaf tədbirlərinin nəticəsi olaraq bu gün Azərbaycanın ən böyük sənaye mərkəzlərindən olan Şirvan şəhəri də dinamik inkişaf edir, müasirləşir. Cənab prezident İlham Əliyevin son illərdə dəfələrlə Şirvan şəhərində olması, şəhərin problemləri, qayğıları, nailiyyətləri ilə yaxından maraqlanması, istehsal və sənaye potensialının inkişaf etdirilməsi ilə bağlı dəyərli tövsiyələrini verməsi şəhərə yüksək diqqətin bariz təzahürüdür. Cənab prezident tərəfindən verilmiş müvafiq Sərəncamlar əsasında Şirvan şəhərində yerləşən yaşayış məntəqələrinin içməli su təhcizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində mühüm layihələr həyata keçirilmişdir.
   Bundan əlavə, Şirvan şəhər İcra Hakimiyyətinin “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı müraciət əsasında Şirvan şəhərində olan 75 çoxmənzilli yaşayış binasının zirzəmilərində təmir işlərinə başlanılmış, çirkab suları ilə dolu olan zirzəmilərin təmizlənməsi istiqamətində müəyyən işlər görülmüşdür. Artıq zirzəmiləri yararsız vəziyyətə düşmüş 28 çoxmənzilli yaşayış binasınında əsaslı təmir işləri başa çatdırılmışdır. “Azərsu” ASC-nin mütəxəssisləri və Şirvan Su Kanal idarəsinin əməkdaşları tərəfindən həmin yaşayış binalarının zirzəmiləri qrunt sularından təmizlənmiş, qurudulma işləri aparılmış, qəzalı vəziyyətdə olan su və kanalizasiya xətləri yeniləri ilə əvəz edilmişdir.
   Şəhər ərazisində daha 47 yaşayış binasının zirzəmilərində təmir işlərinə başlanılmışdır.

Keçidlər