Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhərin Heydər Əliyev prospektinin Naxçıvan küçəsi ilə kəsişməsində yerləşən işıqfor yenisi ilə əvəz edilmişdir.

31 yanvar 2020 | 16:00

Şirvan şəhər sakinləri şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayaraq şəhərin Heydər Əliyev prospektində bəzi ərazilərdə işıqforların quraşdırılmasını, eyni zamanda sürücülər üçün görməkdə çətinlik yaratdığından şəhərin Heydər Əliyev prospektinin Naxçıvan küçəsi ilə kəsişməsində yerləşən işıqforların yenisi ilə əvəz edilməsini xahiş etmişdirlər. Bunu nəzərə alaraq Şirvan şəhər İcra Hakimiyyəti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinə müraciət ünvanlamış, müraciət əsasında şəhərin Heydər Əliyev prospektinin Naxçıvan küçəsi ilə kəsişməsində yerləşən işıqforlar yeni, müasir işıqforlarla əvəz edilmişdir.
      Şəhərin Heydər Əliyev prospektində və Məmməd Əmin Rəsulzadə küçəsində piyadaların keçidi üçün zolaqlar çəkilmişdir.
   Eyni zamanda sakinlərin çoxsaylı müraciətləri əsasında şəhərin Heydər Əliyev prospektində 48 nömrəli çoxmənzilli yaşayış binasının qərb hissəsində, Heydər Əliyev prospekti ilə Hacı Zeynalabdin Tağıyev küçəsinin, Heydər Əliyev prospekti ilə Energetik küçəsinin, Naxçıvan küçəsi ilə Tofiq İsmayılov, Məmməd Əmin Rəsulzadə küçəsi ilə Zülfi Hacıyev, Gülbala Şıxbalaoğlu küçəsi ilə Seyid Əzim Şirvani küçələrinin kəsişməsində və 1 May küçəsində 14 nömrəli fərdi evin qarşısında müasir işıqforların quraşdırılması ilə bağlı məktub şəhər Icra Hakimiyyəti tərəfindən hazırlanaraq Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Şəhərin Heydər Əliyev prospekti ilə Xəqani küçəsinin kəsişməsində isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yeni yerüstü piyada keçidinin tikilməsi işlərinə başlanılmışdır.

Keçidlər