Şriftin ölçüsü :

Saytın rəngi :

Ədliyyə nazirinin müavini Ceyhun Həsənov vətəndaşları qəbul edib.

01 fevral 2020 | 16:00

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin yerlərdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 01.02.2020-ci il tarixdə, Şirvan şəhərində Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənov tərəfindən Şirvan şəhəri, Hacıqabul, Saatlı, Salyan və Sabirabad rayonlarından olan vətəndaşların qəbulu keçirilmişdir.
    Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilmiş, qeyd olunmuş məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmış, digər müraciətlər üzrə isə Penitensiar xidmətin qəbulda iştirak edən aidiyyəti məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilmişdir.
    Vətəndaşlar qəbul üçün yaradılmış rahat və əlverişli şəraitdən razılıq etmiş, onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər