Şriftin ölçüsü :

Saytın rəngi :

2020-ci il ərzində şəhər ərazisində həyata keçiriləcək sosial-infrastruktur layihələri və proqramlar

07 fevral 2020 | 16:00

• Məhəmməd Füzuli adına Şirvan şəhər Parkının əsaslı şəkildə yenidən qurulması;

• Şəhər sakinlərinin çoxsaylı müraciətləri əsasında onların mənzil-məişət  şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinə müraciət edilməsi;

• Energetik 9, L-nt İbrahimov 10 saylı binaların qarşısında 1.5 ha ərazidə müasir memarlıq üslubunda “Abad məhəllə”nin salınması, “İDEA” İctimai Birliyinin “Bizim həyət” layihəsi əsasında idman meydançası, idman və uşaq əyləncə qurğularının quraşdırılması;

• F.Eynullayev küçəsi 9 saylı binanın qarşısında və arxa hissəsində 1.3 ha ərazidə yeni “Abad məhəllə”nin salınması, həmçinin “Mərasim” evinin tikilməsi;

• Heydər Əliyev küçəsi 12 və 13 saylı binaların qarşısında “Mərasim” evinin tikilməsi və ərazinin abadlaşdırılması;

• G.Şıxbalaoğlu, Ş.Şükürov, S.Ə.Şirvani, 1 May, T.Ələkbərov, Vidadi küçələrində və “Şəhidlər Xiyabanı”ndan Xəqani küçəsinə qədər ərazidə-Heydər Əliyev prospektinin sağ hissəsi ilə ümumilikdə 13487 kv.m sahədə piyada səkilərinin salınması;

• 23 küçədə-F.Eynullayev, Xəqani, Naxçıvan, Q.Qarayev, C.Qaryağdıoğlu, H.Ərəblinski, A.Mustafayev, M.Əsədov, Ordubadi, F.X.Xoyski, İ.Şıxli, Heyranxanım 1 və 2, S.Bəhlulzadə, Niyazi, R.Rza, Təbriz, Y.V.Çəmənzəminli, X.Məmmədov, M.Füzuli, S.Ə.Şirvani, M.Qədirov küçələrində, ümumilikdə 51117 kv.m yollara asfalt-beton örtüyünün  salınması;

• Çoxmənzillə yaşayış binalarının dam örtüklərinin ağac konstruksiyadan ibarət metal çardaqlı örtüklə əvəz edilməsi, dam örtükləri dəyişdirilmiş çoxmənzilli binaların fasad və giriş hissələrinin əsaslı təmir olunması;

• Torpaq və qum-çinqıl örtüklü uzunluğu 49.6 km olan 47 şəhər və qəsəbə daxili küçələrin asfalt-beton örtüyünün salınması və 56 küçənin işıqlandırılması üçün tədbirlərin görülməsi;

• 36 ədəd “Barak” tipli yaşayış evlərinin 174 mənzilində yaşayan 803 nəfər sakinin mənzil-məişət probleminin həll edilməsi üçün müvafiq tədbirlərin görülməsi;

• Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsünə qoşularaq 2020-ci ilin 26 fevral tarixində “Xocalıya ədalət” beynəlxalq  maarifləndirmə kampaniyası çərçivəsində şəhər ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ədəd ağacın əkilməsi;

• 2020-2021-ci tədris ilində şəhər 21 nömrəli tam orta məktəb üçün 624 yerlik və “Bağ evləri” yaşayış massivində isə 1176 yerlik yeni məktəb binalarının tikintisi;

• 2020-ci ildə Şirvan şəhərindən olan şəhid ailələrinin, Qarabağ əlilərinin və digər aztəminatlı ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlərin görülməsi;

• 2020-ci il ərzində şəhərin qaz təchizatının yaxşılaşdırılması üçün Füzuli, M.Mirzəyev, 1 May, Vaqif, H.Z.Tağıyev, N.Nərimanov, Energetik, Naxçıvan, M.Ə.Rəsulzadə, Z.Hacıyev,  Ş.Qurbanov, F.Cavadov, Naxçıvan küçələrində ümumilikdə 7045 p.m istismar müddəti keçmiş xətlərin dəyişdirilməsi;

• Şirvan şəhər ərazisində əhali və qeyri əhali sektorunun dayanıqlı elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi;

• Şəhərin içməli su təchizatının yaxşılaşdırılması üçün G.Şıxbalaoğlu, Ş.Şükürov, S.Ə.Şirvani, Mehmandarov, İ.Qayıbov, Vaqif, H.Z.Tağıyev, Vidadi, M.İbrahimov küçələrində müxtəlif diametri ümumi uzunluğu 7200 p.m olan su xəttinin çəkilməsi;

• Şəhərin L-nt İbrahimov,T.İsmayılov, Xəqani, M.Ə.Rəsulzadə, 20 Yanvar, S.Zeynalov, Energetik, 28 May küçələrində yeni kanalizasiya şəbəkəsinin qurulması;

• 49 çoxmənzilli yaşayış binalarının zirzəmilərində kanalizasiya xətlərinin yenidən qurulması;

• 169 çoxmənzilli binalarda yerləşən 8320 mənzildə GPON layihəsi(bütün evlərə optik kabellə yüksək sürətlə internetin verilməsi) nin həyata keçirilməsi;

      • Şəhər qəbirstanlığının ərazisinin genişləndirilməsi.

Keçidlər