Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirildi.
11 fevral 2020-ci il tarixdə Şirvan şəhər Tarix-diyarşünaslıq muzeyində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi ordu generalı Həzi Aslanovun anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Gülşən Vəliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanının keçdiyi mənalı həyat və şanlı döyüş yolundan danışmış, Həzi Aslanovun Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdən biri olduğunu qeyd etmişdir. Qeyd olunub ki, Həzi Aslanovun döyüş yolunun öyrənilməsi gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında böyük əhəmiyyət daşıyır və onun göstərdiyi misilsiz şücaət torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olan Azərbaycan ordusunun bütün şəxsi heyəti üçün əsil qəhrəmanlıq nümunəsidir.
Tədbirdə Həzi Aslanova həsr olunmuş videofilm nümayiş olunmuşdur. Daha sonar şəhər 18 nömrəli təbiət-humanitar təmayüllü məktəb-liseyin şagirdləri və “Uşaq Gənclər İnkişaf Mərkəzi”nin dərnək üzvləri tərəfindən kompozisiya nümayiş olunmuş, hərbi-vətənpərvərlik ruhunda mahnılar ifa edilmişdir.