Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən vətəndaşların növbəti səyyar qəbulu keçirilib.

13 fevral 2020 | 16:00

13 fevral 2020-ci il tarixdə, şəhərin T.İsmayılov küçəsində, 16 nömrəli tam orta məktəbdə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən təsdiq olunmuş qrafikə uyğun olaraq vətəndaşların növbəti səyyar qəbulu keçirilmişdir.
   Qəbulda İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişdir.
   Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov sakinlər qarşısında çıxış edərək bildirib ki, son illər ərazində cənab Prezident İlham Əliyevin rəhbərliyi altında  ölkəmiz inkişaf və sabitlik yolu ilə getmiş, infrastruktur layihələrinin həyata keçirilməsi, regionların sosial-iqtisadi inkişafının təmin olunması, ölkəmizin sənaye potensialının artırılması və bötövlükdə ölkəmizin dayanıqlı inkişafının təmin olunması istiqamətində böyük uğurlar əldə edilmişdir. Ödənişli ictimai iş yerlərinin yaradılması, özünüməşğulluq proqramının genişləndirilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sahibkarlıq fəaliyyətinin hərtərəfli dəstəklənməsi və güzəştli şərtlərlə kreditlərin verilməsi, qeyri-neft sektorunun, xüsusi ilə emal sənayesinin stimullaşdırılması, turizmin inkişaf etdirilməsi dövlətimizin möhkəmlənməsinə, xalqımızın daha yaxşı yaşamasına və sabitliyin təmin edilməsinə xidmət etmişdir.
   İlqar Abbasov vurğulayıb ki, 2020-ci il ərzində respublikamızın digər şəhər və rayonları kimi əsas sənaye mərkəzlərindən bir olan Şirvan şəhəri ərazisində də genişmiqyaslı abadlıq-quruculuq və yenidənqurma işləri aparılacaq, sosial-infrastruktur layihə və proqramları icra olunacaq, şəhərin ekoloji mühitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər görüləcək, bütövlükdə  şəhərin gələcək inkişafı təmin olunacaqdır.
   Daha sonra 15 nəfər şəhər sakini onları narahat edən müxtəlif sosial məsələlərlə bağlı şəhər İcra Hakimiyyətinin başçısına müraciət ünvanlamışlar. Qəbula gələn vətəndaşlar fərdi qaydada dinlənilmiş və müarciətlərə aydınlıq gətirilmişdir. Həlli vacib olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq qanunauyğun şəkildə tədbirlərin görülməsi  üçün şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. 
  Qəbulda iştirak edən sakinlər son illərdə republikamızda həyata keçirilən islahatlardan, sosial-iqtisadi inkişafdan razı qaldıqlarını qeyd etmiş, onlara yaradılan şəraitə, göstərilən qayğıya və problemlərinin həllinə yönəlmiş səyyar görüşlərin təşkilinə görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını bildiriblər.

 

 

Keçidlər