Şriftin ölçüsü :

Saytın rəngi :

“Ulu öndər Heydər Əliyevin liderlik xüsusiyyətləri və Azərbaycan dövlətçiliyi” mövzusunda dəyirmi masa keçirildi.

14 fevral 2020 | 16:00

14 fevral 2020-ci il tarixdə, Şirvan şəhər Heydər Əliyev Mərkəzində, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecin I kurs tələbələrinin iştirakı ilə “Ulu öndər Heydər Əliyevin liderlik xüsusiyyətləri və Azərbaycan dövlətçiliyi” mövzusunda dəyirmi masa təşkil keçirilmişdir.
     İlk öncə tələbələr Mərkəzdə vətəni, xalqı qarşısında misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin siyasi irsini əks etdirən ekspozisiya zalı ilə tanış olmuşdurlar.
Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva tədbirdə çıxış edərək bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanmışdır. Məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının iradəsi əsasında Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq ölkəmizi məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürmüşdür. Ümummilli lider Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu qoşa səslənəcəkdir.
    Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecin I kurs tələbəsi Mehriban Zaidova ulu öndərin Azərbaycan tarixindəki müstəsna rolundan bəhs etmişdir.

 Sonda Ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunmuşdur.

Keçidlər