“Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda açıq dərs keçirildi.
17 fevral 2020-ci il tarixdə Heydər Əliyev Mərkəzində Şirvan şəhər Icra Hakimiyyəti, Heydər Əliyev Mərkəzi və Təhsil Şöbəsinin birlikdə təşkilatçılığı ilə “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda açıq dərs keçirilmişdir.
Açıq dərsdə S.Hüseynov adına 1 nömrəli tam orta məktəbin IX-XI sinif şagirdləri iştirak etmişdir. Şagirdlər ilk öncə Ulu Öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən ekspozisiya zalı ilə tanış oldular. Dərs dövlət himninin oxunması ilə başladı. 1 nömrəli məktəbin müəllimi Elnur Novruzov "Heydər Əliyev və Azərbaycan təhsili", məktəbin tarix müəllimi Adil Xangəldiyev “Heydər Əliyev müstəqil Azrbaycanın qurucusudur”, Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva "Ulu Öndər Heydər Əliyevin siyasəti cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir" movzularda məruzələr ilə çıxış etdilər. Şagirdlərə Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində xüsusi yeri, müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyevin ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarması ilə bağlı ətraflı məlumatlar verilmişdir.
Açıq dərsdə mövzular xüsusi hazırlanmış foto, video materiallarla şagirdlərin diqqətinə çatdırılmışdır.