“Xocalı faciəsi rəsmlərdə”adlı rəsm müabiqəsi keçirildi.
19 fevral 2020-ci il tarixdə Şirvan Dövlət Rəsm Qalereyasında Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş ümumtəhsil məktəbliləri arasında “Xocalı faciəsi rəsmlərdə”adlı müsabiqənin yekun mərhələsi keçirildi.
Müsabiqədə 25 nəfər şagirdin 30-dan çox rəsm əsərləri nümayiş etdirilmişdir. Tədbirdə şagirdlərə Batal janrında olan əsərlərin işlənmə texnikası və üslub xüsusiyyətləri adlı və bu janrda olan əsərlərin çəkilməsi master-klass dərsi keçilmişdir. 30-a yaxın istedadlı şagirdin iştirak etdiyi dərsdə mühribə və döyüş səhnələrinin çəkilməsi haqqında vacib məlumatlar əyani vəsaitlərlə şagirdlərin diqqətinə çatdırılmışdır.
Mərkəzi kitabxananın rəssamı Nəzakət Allahverdiyeva və 20 saylı məktəbin rəsm müəllimi Mənsumə Şükürovadan ibarət olan münsiflər heyəti əsərlərə baxış keçirərək qalibləri müəyyənləşdirmişdir. Müvafiq olaraq I, II və III yerlər və həvəsləndirici fəxri fərmanlar sahiblərinə təqdim olunmuşdur.
Seçilmiş işlər ümumşəhər sərgisində numayiş olunması üçün qalereyanın müvəqqəti fonduna təhfil verilmişdir.