Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər Nofəl Quliyev adına 9 nömrəli tam orta məktəbin 50 illik yubileyi keçirildi.

24 may 2014 | 15:00

23.05.2014-cü il tarixdə saat 10.00-da 9 nömrəli tam orta məktəbin həyətində Şirvan şəhər Nofəl Quliyev adına 9 nömərli tam orta məktəbin 50 illik yubileyi ilə əlaqədar “Yada düşən xatirələr” adı altında möhtəşəm tədbir keçirildi. 9 nömrəli tam orta ümumtəhsil məktəb Şirvan şəhərində ən qocaman təhsil ocaqlarından hesab olunur. Məktəbin fəaliyyəti Şirvanın şəhər kimi  yaranma tarixi ilə təxminən eyni vaxta təsadüf edir. Məktəbin bu günədək 2500-dən çox məzunu olub.1968–ci ildə 8 illik beynəlmiləl və tərkibində rus bölməsi fəaliyyət göstərib. Hazırda isə 600-dən çox şagirdin təhsil aldıgı məktəbdə 63 müəllim çalışır. Məktəbin 100-dən çox məzunu hazırda müxtəlif dövləti vəzifələrdə Milli Məclisdə, Nazirlik və Komitələrdə, səhiyyə ocaqlarında,  ali təhsil müəssiələrində  çalışır. Məzunlar arasında  arasında  elmlər namizədi  doktor professor  habelə hərbi və polis rütbələrinə  layiq görülənlər və digər fəxri adlar daşıyanlar da var. Yubiley tədbirində çıxış edən Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov məktəbin pedaqoji kollektivini 50–ci buraxılış zəngi münasibətilə təbrik edib. Bildirib ki, 9 nömrəli tam orta məktəbin Şirvanın sosial-iqtisadi həyatında özünəməxsus yeri var. Məktəbin uğurları həddən artıq çoxdur. Respulikamızda keçirilən müsabiqələrdə ən yaxşı məktəb adına layiq görülüb. Hər il bu məktəbi bitirən onlarla məzun müxtəlif ali məktəblərə qəbul olunur. Hazırda da məktəbin məzunlarından bir qismi şəhərdə müxtəlif vəzifə daşımaqla Şirvanın  inkişafına öz töhfələrini verirlər. Məktəbin məzunu Milli Məclisin üzvü Rəfael Cəbrayılov öz xatirələrini danışıb. Bildirib ki, on il parta arxasında əyləşdiyi bu məktəbi sinif yoldaşlarını və müəllimlərini heç zaman unutmur daim xoş xatirələrlə yada salır. Ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qaygısı xüsusi olaraq vurğulanıb. Məktəbin digər  məzunları da çıxış edərək gənclik illərindən qazandıqları bütün uğurlara görə 9 nömərli məktəbin kollektivinə minnətdarlıq ediblər. Əbədi-bədii kompozisiyalar, mahnı və rəqslərlə davam edən yubiley tədbirinin sonunda sərgi ilə tanışlıq olub. Məzunlar doğma məktəbin sinif otaqları ilə tanış olublar.

Keçidlər