Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda açıq dərs keçirildi.

19 fevral 2020 | 16:00

19 fevral 2020-ci il tarixdə Heydər Əliyev Mərkəzində Şirvan şəhər Icra Hakimiyyəti, Heydər Əliyev Mərkəzi və Təhsil Şöbəsinin birlikdə təşkilatçılığı ilə “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda açıq dərs keçirilmişdir.
    Açıq dərsdə şəhər 1  və 21 nömrəli  tam orta məktəblərin IX-XI sinif şagirdləri iştirak etmişdir. Şagirdlər ilk öncə Ulu Öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən ekspozisiya zalı ilə tanış olmuşlar. Daha sonra dərs dövlət himninin oxunması ilə başlamışdır. Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva çıxış edərək müasir Azərbaycanın bu gün demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda inamla irəlilədiyini bildirmiş, Ulu öndərin Azərbaycanın bu günü, sabahı üçün gördüyü işlər haqqında ətraflı məlumat verərək, həyatımızın hər anı üçün müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevə borclu olduğumuzu qeyd edtmişdir.
    Məktəblilər öz çıxışlarında Heydər Əliyevin həyat yolu, vətən sevgisinin gənclər üçün örnək olduğunu bildirmişlər.
    Açıq dərsdə mövzular xüsusi hazırlanmış foto, video materiallarla şagirdlərin diqqətinə çatdırılmışdır.

Keçidlər