Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov məcburi köçkünlərlə görüşdü.

20 fevral 2020 | 16:00

19 fevral 2020-ci il tarixdə, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən 2019-cu ilin dekabr ayında şəhərin F.X.Xoyski küçəsində istifadəyə verilmiş yeni yaşayış məhəlləsində məcburi köçkünlərin üçün görüş keçirilmişdir.
Görüşdə İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişdir.
    Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov məcburi köçkünlər  qarşısında çıxış edərək ilk öncə onları yeni mənzillərə köçmələri münasibəti ilə təbrik etmiş və bütün zəruri sosial-texniki infrastrukturu olan yaşayış məhəlləsinin tikintisinin “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər çərçivəsində həyata keçirildiyini bildirmişdir. İlqar Abbasov qeyd edib ki, Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər nəticəsində bu gün ölkəmizdə çadır şəhərciyi qalmamış, bu insanların hamısı müasir tipli qəsəbələrə köçürülmüşlər. Onların maddi rifahının yaxşılaşdırılması üçün Dövlət proqramları qəbul edilmiş, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülmüşdür. Həmçinin, Şirvan şəhərində yaşayan məcburi köçkünlərin maddi rifahının yaxşılaşdırılması, məşğuluğunun təmin edilməsi istiqamətində gələcəkdə də müxtəlif layihələrin icra olunacağı qeyd edilmişdir.
    Görüşdə iştirak edən sakinlər son illərdə republikamızda həyata keçirilən islahatlardan, sosial-iqtisadi inkişafdan razı qaldıqlarını qeyd etmiş, yeni yaşayış kompleksində onlara yaradılan hərtərəfli şəraitə, göstərilən qayğıya və problemlərinin həllinə yönəlmiş tədbirlərə görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını bildiriblər.
    Daha sonra 15 nəfər məcburi köçkün onları narahat edən müxtəlif sosial məsələlərlə bağlı şəhər İcra Hakimiyyətinin başçısına müraciət ünvanlamışlar.  Müraciət edən vətəndaşlar fərdi qaydada dinlənilmiş və müraciətlərə aydınlıq gətirilmişdir.                  

Keçidlər