Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhərin giriş hissəsində, Heydər Əliyev prospektində təmir və bərpa işlərinə başlanılmışdır.

20 fevral 2020 | 16:00

Son illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə etmişdir. Ölkə prezidentinin diqqət və qayğısı sayəsində ölkəmizin bölgələri abadlaşmaqda və müasirləşməkdə davam edir. Eyni zamanda ölkəmizin yol-nəqliyyat infrastrukturu müasir tələblərə cavab verir və bu istiqamətdə kompleks tədbirlər həyata keçirilir. Davos İqtisadi Forumunun hesabatında göstərilir ki, yol infrastrukturuna görə Azərbaycan dünya miqyasında 27-ci yerdədir. Beynəlxalq standartlara cavab verən bugünkü magistral yollarımız ölkəmizin simasını başdan-başa dəyişdirmişdir.
    Ölkə başçısının görüləcək abadlıq və quruculuq işlərinin günün tələbləri səviyyəsində qurulması ilə bağlı tövsiyyə və tapşırıqlarına müvafiq olaraq, 2020-ci il ərzində Şirvan şəhərində həyata keçiriləcək sosial-infrastruktur layihələri içərisində magistral və məhəllədaxili yol infrastrukturunun təmir və bərpası işləri mühüm yer tutur. 2020-ci il ərzində şəhərin 23 küçəsində ümumilikdə 51117 kv. metr asfalt-beton örtüyünün salınması nəzərdə tutulmuşdur. Artıq şəhərin Heydər Əliyev prospektində təmir və bərpa işlərinə başlanılmışdır. Zəruri olan yerlərdə yararsız hala düşmüş hissələr təmir edilib yola yeni asfalt örtüyü çəkiləcəkdir. Təmir-bərpa işləri çərçivəsində köhnə asfalt örtüyünün üst qatı xüsusi texnika vasitəsi ilə qaşınaraq ərazidən daşınmış və  şəhərin Naxçıvan küçəsində yolun yararsız hala düşmüş hissələrinə vurulmuşdur.
     Şirvan şəhərinin yol infrastrukturunun yenilənməsi iqtiqamətində müvafiq tədbirlərin görülməsi şəhər İcra Hakimiyyəti tərəfindən gələcəkdə də davam etdiriləcəkdir.                                                                            

Keçidlər