“Xocalı faciəsi-yaddaşın unudulmayan tarixi” mövzusunda tədbir keçirildi.
21 fevral 2020-ci il tarixdə Heydər Əliyev Mərkəzində Xocalı Soyqırımın 28-ci ildönümü ilə əlaqədar 10 nömrəli tam orta məktəbin X sinif şagirdlərinin iştirakı ilə Xocalı faciəsi-yaddaşın unudulmayan tarixi” mövzusunda dəyirmi masa təşkil edilib.
İlk olaraq tədbir iştirakçıları Xocalı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra dəyirmi masada iştirakçılara Xocalı soyqırımı haqqında məlumat verilib. Çıxış edənlər Xocalı faciəsinin ağır nəticələrindən, faciə nəticəsində xalqımıza vurulan maddi və mənəvi zərərlərdən, ermənilərin törətdiyi vəhşiliklərdən, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar və işğalçı siyasətindən söz açaraq Xocalıda baş verənlərin bəşəri cinayət olduğunu, Ermənistan hakimiyyətinin və dövlətinin tarix və beynəlxalq qanunlar qarşısında cavab verməli olduğunu bildiriblər. Dövlətimizin Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və tanıdılması istiqamətində apardığı geniş miqyaslı işlər barədə şagirdlərə məlumat verilib.