Şriftin ölçüsü :

Saytın rəngi :

16 nömrəli tam orta məktəbdə “Xocalı soyqırımı” mövzusunda tarix dərsi keçirilmişdir.

21 fevral 2020 | 16:00

21 fevral 2020-ci il tarixdə Şirvan  şəhər  Tarix-Diyarşünaslıq  muzeyi tərəfindən   Bəhruz  Aslanov  adına  şəhər  16 nömrəli   tam  orta  məktəbdə  Xocalıda  baş  vermiş  qanlı  faciənin  28-ci ildönümü  ilə əlaqədar “Xocalı   soyqırımı”  mövzusunda  tarix  dərsi  keçirilmişdir.
    Dərs həmin gecə qətlə  yetirilən  qurbanların   xatirəsinin  bir  dəqiqəlik   sükutla  anılması ilə  başlanmışdır. Qeyd olundu ki, Azərbaycan xalqına qarşı yönəlmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.
    Xocalı soyqırımının dünyaya çatdırılması ilə əlaqədar Heydər Əliyev Fondunun layihələri çərçivəsində Xocalıda törədilən qırğınla bağlı bir sıra ölkələrdə silsilə tədbirlər keçirildiyi qeyd olunmuşdur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasında rolunun danılmaz olduğu, məhz onun təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasının Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında xüsusi rol oynadığı qeyd olunmuşdur.
    Dərs Xocalıda baş vermiş cinayətlərdən bəhs edən sənədli filmin nümayişi ilə davam etmişdir.                                

Keçidlər