Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımı gününə həsr olunmuş ədəbi-bədii gecə keçirildi.

21 fevral 2020 | 16:00

21 fevral 2020-ci il tarixdə, 5 nömrəli ümumi orta məktəbdə Şirvan şəhər Gənclər və İdman idarəsi və 5 saylı məktəbin birgə təşkilatçılığı ilə 26 fevral “Xocalı soyqırımı günü” nə həsr olunmuş ədəbi-bədii gecə keçirildi. Tədbirdə şəhər  İcra Hakimiyyətinin Başçısının müavini Elmira Ağayeva,  idarə, təşkilat nümayəndələri, müəllimlər, şagirdlər, ümumlikdə 200 nəfər iştirak etmişdir. Tədbir Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Daha sonra Xocalı soyqırımı həqiqətlərini özündə əks etdirən qısa video-film nümayiş etdirildi. Gənclər və İdman idarəsinin rəisi Azər Quliyevin, 5 saylı məktəbin tarix müəllimi Arzu Əliyevanın və şəhər  İcra Hakimiyyətinin Başçısının müavini Elmira Ağayeva öz çıxışlarında Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu, bu soyqırım nəticəsində dinc əhaliyə amansızlıqla divan tutulduğunu, yüzlərlə uşaq, qadın, qocanın qətlə yetirildiyini bildirmişlər. Qeyd olunub ki, Xocalı soyqırımının tanıdılmasında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olunmuş,əsl həqiqət dünya dövlətlərinə və beynəlxalq təşkilatlara çatdırılmışdır. 26 fevralın Xocalı soyqırımı günü kimi qeyd olunması qərara alınmışdır. Eyni zamanda 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasına başlanılması, bütün dünyanın diqqətinin Xocalı həqiqətlərinə yönəldilməsinin əhəmiyyəti qeyd olunmuşdur.
    Sonda tədbir 5 saylı məktəbin şagirdlərinin hazırladığı şer və kompazisiyaların nümayişi ilə davam etmişdir.

Keçidlər