Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı Soyqırımın 28-ci ildönümü ilə əlaqədar anım tədbiri və sərgi təşkil edilib.

24 fevral 2020 | 16:00

24 fevral 2020-ci il tarixdə, Şirvan şəhər Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzinin, Gənclər Evinin və Rəsm Qalereyasının birlikdə təşkilatçılığı ilə Xocalı Soyqırımın 28-ci ildönümü ilə əlaqədar anım tədbiri və məktəblilərin rəsm əsərlərindən ibarət sərgi təşkil edilib.
    Sərgidə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri, 10 və 21 nömrəli tam orta məktəblərin şagirdləri, könüllü gənclər iştirak edib. Anım tədbirində Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva, Gənclər Evinin direktoru Əfqan Həsənov, Rəsm Qalereyasının direktoru Çinarə Vəliyeva, Gənclər Evinin əməkdaşı, yazıçı publisist Nurlan Qədimov çıxış edərək erməni millətçiləri tərəfindən 200 ildən artıq müddətdə xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı, təcavüzkarlıq siyasəti haqqında danışmış və Xocalı soyqırımının bu qanlı siyasətin davamı olmasını vurğulayıblar. Xocalı soyqırımının dünyaya çatdırılması ilə əlaqədar Heydər Əliyev Fondunun layihələri çərçivəsində Xocalıda törədilən qırğınla bağlı bir sıra ölkələrdə silsilə tədbirlər keçirildiyi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasının Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında xüsusi rol oynadığı qeyd olunmuşdur.

Keçidlər