Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsinin qurbanları Telemexanika və Araz zavodlarında anıldı.

24 fevral 2020 | 16:00

24 fevral 2020-ci il tarixdə Telemexanika və Araz zavodlarında Xocalı faciəsinin 28-ci ildönümü münasibəti ilə anım tədbirləri keçirildi. Tədbir iştirakçıları ilk öncə faciə qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Çıxış edənlər hər il faciənin ildönümünün istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda geniş qeyd olunduğunu, soyqırım qurbanlarının xatirəsinin yad edildiyini, dünya ictimaiyyətinə ermənilərin əsl yırtıcı simasının göstərildiyini, Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində bütün dünyanın diqqətini bu faciənin ədalətli qiymətləndirilməsinə yönəldildiyini qeyd etmişlər.
    Qeyd olunub ki, Xocalı faciəsi Azərbaycan tarixində, xalqımızın yaddaşında dərin iz qoymuşdur. 28 il ötməsinə baxmayaraq faciənin ağrı və acısı hələ də qəlbimizdə yaşayır. Bu faciənin unudulmaması və tarixi həqiqətlərin gənc nəsillərə çatdırılması hər kəsin vətəndaşlıq borcudur və hər birimiz üzərimizə düşən bu missiyanı layiqincə yerinə yetirməliyik.                                                                          

Keçidlər