Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda açıq dərs keçirildi.

24 fevral 2020 | 16:00

24 fevral 2020-ci il tarixdə Heydər Əliyev Mərkəzində Şirvan şəhər Icra Hakimiyyəti, Heydər Əliyev Mərkəzi və Təhsil Şöbəsinin birlikdə təşkilatçılığı ilə “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda açıq dərs keçirilmişdir. Açıq dərsdə 2 nömrəli tam orta məktəbin IX-XI sinif şagirdləri iştirak etdi. İlk olaraq şagirdlər Ulu Öndər Heydər Əliyevin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən ekspozisiya zalı ilə tanış oldular. Dərs 2 nömrəli tam orta məktəbin tarix müəllimləri Könül Məmmədova və İlkin Şahbazov tərəfindən aparılmışdır.
    Şagirdlərə Ümummilli lider Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində xüsusi yeri, Ulu öndərin Azərbaycanın bu günü, sabahı üçün gördüyü işlər haqqında ətraflı məlumat verilmiş, həyatımızın hər anı üçün müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevə borclu olduğumuz qeyd olunmuşdur.
   Dərsdə mövzular xüsusi hazırlanmış foto, video materiallarla şagirdlərin diqqətinə çatdırılmışdır.              

Keçidlər