Şriftin ölçüsü :

Saytın rəngi :

“XX əsrin faciəsi-Xocalı qətliamı” mövzusunda anım tədbiri keçirildi.

25 fevral 2020 | 16:00

25 fevral 2020-ci il tarixində Şirvan Gənclər Evində  Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar  “XX əsrin faciəsi-Xocalı qətliamı” mövzusunda anım tədbiri keçirilmişdir.
   Tədbir Xocalı faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Çıxış edənlər Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu, bu soyqırım nəticəsində dinc əhaliyə amansızlıqla divan tutulduğunu, yüzlərlə uşaq, qadın, qocanın qətlə yetirildiyini bildirmişlər. Qeyd olunub ki, Xocalı soyqırımının tanıdılmasında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olunmuş, əsl həqiqət dünya dövlətlərinə və beynəlxalq təşkilatlara çatdırılmışdır.
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin soyqırım faktına beynəlxalq hüquqi və siyasi qiymətin verilməsi üçün ardıcıl iş aparması, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində bütün dünyanın diqqətinin bu faciənin ədalətli qiymətləndirilməsinə yönəldilməsi barədə ətraflı məlumatlar verilib. Qeyd olunub ki, insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır hərbi cinayət xalqımız tərəfindən heç vaxt unudulmayacaq.

Keçidlər