Xocalı faciəsinin qurbanları Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində və Peşə Liseyində anıldı.
Xocalı faciəsinin iyirmi səkkizinci ildönümü ilə bağlı respublikamızda keçirilən silsilə anım tədbirləri Şirvan şəhərində də davam etdirilib. Şəhər icra hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən, geniş tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq şəhərin bütün idarə, müəssisə və təşkilatlarında, təhsil ocaqlarında anım tədbirləri keçirilmişdir.
25.02.2020-ci il tarixdə Şirvan şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində və Peşə liseyində Xocalı Tədbirdə Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım tədbiləri keçirildi.
Anım tədbirlərində bu günün tarixinə nəzər salınmış, insanlıq sifətini itirmiş ermənilər tərəfindən törədilmiş bu faciənin təkcə azərbaycanlılara qarşı deyil, həm də bütün bəşəriyyətə yönəlmiş qanlı cinayət olduğunu diqqətə çatdırılmışdır.
Qeyd olunub ki, cənab Prezident İlham Əliyevin bu məsələdəki qətiyyətli mövqeyi, bu istiqamətdə gördüyü işlər əminliklə deməyə əsas verir ki, nüfuzlu beynəlxalq təşkilatlar, bütün dünya Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəkdir.