Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti Şirvan şəhərində sakinləri məlumatlandırmaq məqsədi ilə görüş keçirdi.

31 may 2014 | 15:00

30.05.2014-cü il tarixdə saat 10.00-da YAP şəhər təşkilatının iclas zalında Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı) tərəfindən ayrılan kredit vəsaiti hesabına “Azərbaycanda regional yolların inkişafı” layihəsi çərçivəsində Şirvan-Noxudlu-Salyan avtomobil yolunun yenidən qurulması ilə bağlı sosial-iqtisadi araşdırmalar, o cümlədən sosial və ətraf mühütə ola biləcək təsirin qiymətləndirilməsi barədə yerli hökumət və sakinləri məlumatlandırmaq məqsədi ilə görüş keçirdi. Görüşdə ərazidə fəaliyyət göstərən QHT, Hacıqəhrəmanlı qəsəbə, Bələdiyyə, elektrik şəbəkə, qaz istismar və yerli icra aparatının ümumilikdə 25 nəfər nümayəndəsi iştirak etdi.

Keçidlər