Şriftin ölçüsü :

Saytın rəngi :

1 Mart–Ümumdünya Mülki Müdafiə günü ilə əlaqədar maarifləndirici tədbir keçirildi.

28 fevral 2020 | 16:00

28 fevral 2020-ci il tarixində,  16 nömrəli tam orta məktəbdə Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin təşkilatçılığı ilə 1 Mart–Ümumdünya Mülki Müdafiə günü ilə əlaqədar maarifləndirici  tədbir keçirildi.
  Tədbirin keçirilməsində məqsəd mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, ictimaiyyətin diqqətini fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi olub. Tədbirdə fövqəladə hadisələr zamanı davranış qaydaları, fövqəladə hallarda qorunma ilə bağlı mövcud imkanlar, ətraf mühit və təhlükəsizlik məsələləri ilə bağlı  maarifləndirici söhbətlər aparılmışdır.
 Tədbirin sonunda Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin mülki müdafiə vasitələrinin nümayişi keçirilmişdir. 

Keçidlər