Şriftin ölçüsü :

Saytın rəngi :

Baş prokuror Zakir Qaralov Şirvan şəhərindən və Sabirabad rayonundan olan vətəndaşları qəbul edib.

28 fevral 2020 | 16:00

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin yerlərdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 28 fevral 2020-ci il tarixində, Baş prokuror Zakir Qaralov Şirvan Şəhər Prokurorluğunun inzibati binasında Şirvan şəhərindən və Sabirabad rayonundan olan vətəndaşları qəbul edib.
   Qəbuldan əvvəl Baş prokuror Zakir Qaralov və Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi ziyarət etmiş, abidə önünə gül dəstələri düzərək Ulu öndərin əziz xatirəsinə ehtiramlarını bildirmişlər.
   Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Zakir Qaralov Şirvan şəhərindən və Sabirabad rayonundan olan 17 vətəndaşın müraciətini dinləyərək, qaldırılan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.
   Sakinlərin ərazilərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər