Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində şəhid ailələri ziyarət edilib.

09 mart 2020 | 16:00

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini şəhid ailələrinin, müharibə veteranlarının və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması təşkil edir.
   Şirvan şəhərində əlamətdar günlərdə şəhidlərimizin ailə üzvlərinin, Qarabağ müharibəsi əlillərinin ziyarət edilməsi və bu kateqoriyadan olan insanlara mənəvi dəstək olunması artıq bir ənənə halını alıb. Hər bayram və əziz günlərdə olduğu kimi, “8 Mart Beynəlxaq Qadınlar Günü”ndə Şirvan şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı əsasında şəhidlər Nizami Yolçuyev, Mehman Hüseynov və Namiq Əkbərovun Şirvan şəhərində yaşayan ailələri ziyarət edilmiş, onların ailə-məişət qayğıları ilə maraqlanılmışdır.
   Görüşlərdə şəhidlərimizin əziz xatirəsi yad edilmiş, barələrində xoş təəsüratlar danışılmışdır. Vurğulanıb ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuz və ən əsas vəzifəmizdir. 
     Keçirilən görüşlərdə şəhid ailələri “8 Mart Beynəlxaq Qadınlar Günü” münasibəti ilə təbrik edilmiş, onlara hədiyyələr verilmişdir.
   Şəhid anası Seyidxanım Hüseynova, şəhidlərin həyat yoldaşları Tükəzban İmanova və Kiçikxanım Yolçuyeva göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıq və təşəkkürlərini bildirmişlər.

Keçidlər