Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər İcra Hakimiyyətinin məlumatı

17 mart 2020 | 16:00

Koronavirus(COVİD-19) infeksiyası bütün dünyada sürətlə yayılmaqda davam edir. Hazırda bir çox ölkələrdə intensiv qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə baxmayaraq, infeksiyanın yayılmasının qarşısını almaq mümkün olmamışdır. Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən bir ay müddətində ölkə ərazisində kütləvi tədbirlərin təxirə salınması qərara alınmış və 14 mart 2020-ci il saat 00:00-dan etibarən bəzi sosial izolyasiya tədbirlərinin tətbiqinə başlanılmışdır.
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin tövsiyyə və tapşırıqlarına əsasən infeksiyaya qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədi ilə vətəndaşların qəbulu ilə əlaqədar qaydalar müəyən edilmişdir.
   Belə ki, qəbul otağında vətəndaşların qrup və fərdi surətdə qəbulları, həmçinin səyyar qəbulların keçirilməsi təxirə salınır. Vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron müracət və telefon vasitəsi ilə həyata keçiriləcəkdir. Bu məqsədlə vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla yanaşılması üçün fasiləsiz fəaliyyət göstərən qaynar xətt yaradılmışdır.
   Koronavirus infeksiyasının geniş yayılma sürətini nəzərə alaraq vətəndaşlardan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş tələblər çərçivəsində davranmaları xahiş olunur.

Şirvan şəhər İcra Hakimiyyətinə fasiləsiz müraciətlər üçün:
       Qaynar xətt : 215-45-06
       e-mail : mail@shirvan-ih.gov.az

Keçidlər