Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində şəhid ailələri ziyarət edildi.

18 mart 2020 | 16:00

17 mart 2020-ci il tarixində, Şirvan şəhər İcra Hakimiyyəti işçilərinin və könüllülərin iştirakı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlər-Elçin Azadov, Nihad Rəhimli, Rövşən Cəfərov, Məhəmməd Muradov və Əlikram Hətəmovun ailələri ziyarət edilmiş, onların ailə-məişət qayğıları ilə maraqlanılmışdır.
    Görüşlərdə şəhidlərimizin əziz xatirəsi yad edilmiş, barələrində xoş təəsüratlar danışılmış, torpaqlarımızın qorunması yolunda canlarından keçmiş şəhidlərimizin hünərinin hər birimizə örnək olması və hər bir Azərbaycan vətəndaşının öz qəhrəmanlarını tanımalı olduğu bildirilmişdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuz və ən əsas vəzifəmizdir.
    Qeyd olunub ki, Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. Bu qəbildən olan ailələrin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması dövlət başçısı tərəfindən göstərilən diqqət və qayğısının bariz nümunəsidir.
    Keçirilən görüşlərdə şəhid ailələri “Torpaq çərşənbəsi”  və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edilmiş, onlara bayram sovqatları verilmişdir.
    Şəhid anaları Dilarə Azadova, Zenfira Rəhimova, Çərkəz Cəfərova, Xuraman Əsgərova və Münəvvər Məstiyeva onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıq və təşəkkürlərini bildirmişlər.

Keçidlər