Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Novruz bayramı münasibəti ilə təbriki

20 mart 2020 | 16:00

Əziz həmvətənlər!
      Hörmətli şirvanlılar!

Sizi tarixi minilllərlə ölçülən və milli-mənəvi dəyərlərimiz sırasında özünəməxsus yeri olan Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə can sağlığı, səadət, bahar təravətli günlər arzu edirəm.
    Novruz insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradır. Bu bayram təbiətin oyanışı, həyatın yenilənməsi, dirçəlişin rəmzidir. Deməli, Novruz təkcə insanlığın deyil, yer üzərindəki bütün canlı varlıqların bayramıdır.
    Azərbaycanı qədim sivilizasiyanın mərkəzlərindən biri kimi tanıdan misilsiz dəyərlərimiz sırasında Novruz bayramı müstəsna mövqeyə malikdir. Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsi tarixi köklərə qayıdışın parlaq nümunəsi olmaqla yanaşı, xalqımızın həmrəyliyini və bütövlüyünü təcəssüm etdirmişdir. 
    Ulu Öndərin siyasi kursunu ləyaqətlə davam etdirən dövlət başçısı cənab İlham Əliyev öz fəaliyyətində adət-ənənələrimizə, milli-mənəvi dəyərlərimizə ehtiram və qayğı ilə yanaşır, milli birlik və həmrəyliyimizi əks etdirən Novruz bayramı hər il ölkəmizdə yüksək səviyyədə qeyd olunur.
    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi  ilə Novruz bayramı UNESKO-nun qeyri-mədəni irs siyahısına daxil edilmiş, BMT-nin Baş Assambleyası tərəfindən 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan olunmuşdur. Beləliklə, bu bayram regional müstəvidən çıxaraq beynəlxalq səviyyəli tədbirə çevrilmişdir.
   Ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də Novruz bayramı böyük sevgi və çoşqu ilə qarşılanır. Xalqımızın zəngin adət-ənənəsini bu bayramda bütün gözəlliyi ilə bir daha görmək olur.
    Bayram günlərində hər bir azərbaycanlını birləşdirən müqəddəs arzular var. Dövlət müstəqilliyimiz daimi, əbədi olsun! İşğal olunmuş torpaqlarımızda qələbə çalaq, bayram tonqalları yandıraq!
    Bu arzuların həyata keçməsi, daha gözəl, inkişaf etmiş, bütöv Azərbaycanın yaradılmasında hər bir şirvanlı bundan sonra da möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birşləşəcək, onun yeritdiyi dövlət siyasətini dəstəkləyəcək!
   Əziz şirvanlılar, bir daha sizi Novruz bayramı münasibətilə təbrik edir, sizə günbəgün inkişaf edən ölkəmizdə firavan həyat, əmin-amanlıq, tərəqqi arzulayıram. Bu bayram hər bir ailəyə bol ruzi-bərəkət və xoş ovqat gətirsin!
     Novruz bayramınız mübarək olsun!

Keçidlər