Şirvan şəhəri ərazisində dezinfeksiya tədbirləri davam etdirilir.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Şirvan şəhəri ərazisində epidemioloji durum şəhər İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət altında saxlanılır, sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir və təxirəsalınmaz profilaktik tədbirlər davam etdirilir.
İnfeksiyanın şəhər ərazisində yayılmasının qarşının alınması məqsədilə Gigiyena və Epidemilogiya Mərkəzinin həkim və tibb işçiləri tərəfindən mərkəzi bazar, avtovağzal, ictimai iaşə və ticarət obyektləri, park və xiyabanlar, yaşayış binalarının giriş hissələri, pilləkən qəfəsləri və liftlərlə yanaşı məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksində bütövlüklə genişmiqyaslı profilaktik tədbirlər davam etdirilir. Xüsusi nəqliyyat vasitələri ilə şəhərin prospekt və küçələrində, məhəllədaxili yollarda küçələrin yuyulması və dezinfeksiya işləri aparılır. Həyata keçirilən tədbirlərin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.
Koronavirus infeksiyasının geniş yayılma sürətini nəzərə alaraq bir daha şəhər sakinlərini şəxsi gigiyena qaydalarına əməl etməyə, özünütəcrid tədbirlərinə uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum kontaktda olmağa, insanların sıx toplaşdığı yerlərə getməməyə və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.