Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər İcra Hakimiyyətinin məlumatı

25 mart 2020 | 16:00

Koronavirus(COVİD-19) infeksiyasına qarşı bir çox ölkələrdə intensiv qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə baxmayaraq, infeksiyanın yayılmasının qarşısını almaq mümkün olmamışdır. Hazırda Şirvan şəhəri ərazisində epidemioloji durum şəhər İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət altında saxlanılır, sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edilir və təxirəsalınmaz profilaktik tədbirlər davam etdirilir.
 İnfeksiyasının geniş yayılma sürətini nəzərə alaraq, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi bütün tədbirlərin şəhər ərazisində həyata keçirilməsi ciddi nəzarətə götürülməli, sanitar-dezinfeksiya işlərinin aparılması təmin olunmalı, əhalinin maarifləndirilməsi işləri gücləndirilməli, xüsusilə 65 yaşdan yuxarı olan insanların yaşadığı ailələr nəzarətə götürülməli, şəhər əhalisi arasında onların şəxsi gigiyena qaydalarına əməl etmələri, təmas imkanlarını minimuma endirmələri, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaları barədə fərdi qaydada maarifləndirmə işləri aparılmalıdır.
  Habelə 65 yaşdan yuxarı tənha yaşayan sakinlərə aidiyyəti qurumlarla birgə sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə lazımi köməkliklər göstərilməlidir.


Qaynar xətt :

                                         Dövlət Sosial Müdafiə Fondunun
                                               Şirvan şəhər şöbəsi :                                      142(Çağrı Mərkəzi)

                                         1 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə   
                                                Nümayəndəlik :                                              +994 070 356 86 99

                                        Hacıqəhrəmanlı qəsəbə İnzibati Ərazi
                                              Vahidi üzrə Nümayəndəlik:                            +994 50 277 24 18

                                        Bayramlı qəsəbə İnzibati Ərazi
                                              Vahidi üzrə Nümayəndəlik:                            +994 21 216 32 76

                                        Şirvan şəhər Bələdiyyəsi :                             +994 21 215 26 62

                                        Hacıqəhrəmanlı qəsəbə
                                               Bələdiyyəsi                                                    +994 55 419 40-30

Keçidlər