Şirvan gəncləri “Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyasına qoşulublar
Yeni Azərbaycan Partiyasının icra Katibliyinin tövsiyyələrinə uyğun olaraq Partiyanın Şirvan şəhər təşkilatının gəncləri “Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyasına qoşulublar.
Belə ki, 25 mart 2020-ci il tarixində gənclər tənha, ahıl və qayğıya ehtiyacı olan 5 ailəyə baş çəkərək, onlara yoluxucu xəstəlikdən qorunmaları üçün tələb olunan gigiyenik vasitələri paylamış, şəhər sakinlərinə koronavirus təhlükəsi və ondan qorunma üsulları barədə ətraflı məlumatlar vermiş, xəstəliyin əlamətləri və şəxsi gigiyena qaydaları ilə bağlı broşurləri paylamışlar.
Görüşlərdə şəhər sakinləri koronavirus infeksiyasına qarşı dövlətin apardığı qabağlayıcı mübarizə tədbirlərinə görə ölkə prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.