Şirvan şəhəri ərazisində profilaktik dezinfeksiya tədbirləri davam etdirilir.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Şirvan şəhəri ərazisində sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir. İnfeksiyanın yayılmasının qarşının alınması məqsədilə Gigiyena və Epidemilogiya Mərkəzinin həkim və tibb işçiləri tərəfindən xüsusi nəqliyyat vasitələri ilə şəhərin iri küçə və prospektləri dezinfeksiya edici maddələrlə yuyulmuş, eyni zamanda Heydər Əliyev, Nəriman Nərimanov, Səməd Vurğun adına parklarda, İltiqlaliyyət və M.Ə.Rəsulzadə prospektləri boyunca yerləşən park və xiyabanlarda və “MTK İK” MMC-nin Şirvan Yağ-Piy filialında dezinfeksiya işləri aparılmışdır.
Şəhərdə epidemioloji durumun ciddi nəzarət altında saxlanılması məqsədi ilə profilaktik tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Koronavirus infeksiyasının geniş yayılma sürətini nəzərə alaraq bir daha şəhər sakinlərini şəxsi gigiyena qaydalarına əməl etməyə, özünütəcrid tədbirlərinə uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum kontaktda olmağa, insanların sıx toplaşdığı yerlərə getməməyə və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.
Qaynar xətt :
Şirvan şəhər İcra hakimiyyəti: +994 21 215 45 06
Dövlət Sosial Müdafiə Fondunun
Şirvan şəhər şöbəsi : 142(Çağrı Mərkəzi)
1 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə
Nümayəndəlik : +994 70 356 86 99
Hacıqəhrəmanlı qəsəbə İnzibati Ərazi
Vahidi üzrə Nümayəndəlik: +994 50 277 24 18
Bayramlı qəsəbə İnzibati Ərazi
Vahidi üzrə Nümayəndəlik: +994 21 216 32 76
Şirvan şəhər Bələdiyyəsi : +994 21 215 26 62
Hacıqəhrəmanlı qəsəbə
Bələdiyyəsi: +994 55 419 40-30