Şriftin ölçüsü :

Saytın rəngi :

Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə şəhər ərazisində izahetmə-xəbərdarlıq işləri aparılır.

27 mart 2020 | 16:00

Koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək infeksiyanın ölkədə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.
    Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq şəhər ərazisində və qəsəbələrdə əhalinin sıx toplaşdığı ərazilərdə fərdi izahetmə-xəbərdarlıq işlərinin aparılması məqsədi ilə Şirvan şəhər İcra Hakimiyyəti Aparatının, şəhər Bələdiyyəsinin, 1 saylı İnzibati Ərazi Dairəsinin və digər qurumların əraziləri yaxşı tanıyan məsul işçilərindən ibarət mobil qrup yaradılıb, mobil qrupların tərkibinə qoruyucu maskalar taxmış əraziləri yaxşı tanıyan və əhali arasında nüfuzu olan məktəb direktorları, mənzil təsərrüfatı və kommunal kombinatı müəssisələrinin işçiləri də cəlb edilib.
    Post Patrul Xidmətinin və Yol Polisinin əməkdaşları nəqliyyat vasitələri ilə binaların qarşısında və məhəllərdə gəzərək səsgücləndiricilər vasitəsi ilə vətəndaşları xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə dəvət edirlər. Şəhərin bütün park və xiyabanlarında sakinlərin əyləşməsi üçün nəzərdə tutulan oturacaqların yığışdırılmasına başlanılıb.
   Bildiririk ki, xüsusi karantin rejiminin tələblərinə və sanitar epidemioloji normalara əməl etməyən vətəndaşlar inzibati və cinayət məsuliyyətinə cəlb olunacaqlar.
    Xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün Şirvan şəhəri ərazisində zəruri tədbirlərin görülməsi davam etdiriləcəkdir. Bir daha şəhər sakinlərini şəxsi gigiyena qaydalarına əməl etməyə,  özünütəcrid tədbirlərinə uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum kontaktda olmağa, insanların sıx toplaşdığı yerlərə getməməyə və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

Keçidlər