Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşlərinin şəhidi Ərəbli Rahil Rafiq oğlunun xatirəsi anıldı.

02 aprel 2020 | 16:00

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuz və ən əsas vəzifəmizdir. Şirvan şəhərində əlamətdar günlərdə şəhidlərimizin ailə üzvlərinin, Qarabağ müharibəsi əlillərinin ziyarət edilməsi və bu kateqoriyadan olan insanlara maddi və mənəvi dəstək olunması artıq bir ənənə halını alıb.
    02 aprel 2020-ci il tarixdə Şirvan şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Şaiq Şıxəliyevin, Hacıqəhrəmanlı qəsəbə İnzibati Ərazi Vahidi üzrə nümayəndə Pünhan Mənsimovun və Milli Məclisin üzvü İltizam Yusifovun iştirakı ilə 2016-cı ilin aprel döyüşlərinin ildönümü münasibəti ilə şəhid Ərəbli Rahil Rafiq oğlunun xatirəsi yaşadığı evdə anılmış, ailəsinin ailə-məişət qayğıları ilə maraqlanılmışdır.
    Görüşdə aprel döyüşlərində vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidin əziz xatirəsi yad edilmiş, barəsində xoş təəsüratlar danışılmışdır. Qeyd olunub ki, şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əzizdir. Aprel döyüşləri bizim hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın və ordumuzun gücünü göstərən qələbədir. Biz bu döyüşlər zamanı xalqımızın igid oğullarının qəhrəmanlıqlarının şahidi olduq.
    Milli Məclisin deputatı İltizam Yusifov qeyd edib ki, bugün ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini şəhid ailələrinin, müharibə veteranlarının və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Müharibə əlilləri, veteranları və şəhid ailələrinin sosial ehtiyaclarının ödənilməsi istiqamətində son illər ərazində həyata keçilən tədbirlər bu kateqoriyadan olan ailələrə son illər ərazində göstərilən diqqət və qayğının əyani nümunəsidir.
    Şəhid anası Narıngül Ərabova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıq və təşəkkürünü bildirmişdir.
     Allah bütün şəhidlərimizə rəhmət eləsin.                                                                                                                            

Keçidlər