Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhəri ərazisində sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir.

05 aprel 2020 | 16:00

Koronavirus infeksiyasının şəhər ərazisində yayılmasının qarşısının alınması məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsi gücləndirilmiş iş rejimində davam etdirilib. Aprel ayının 5-dən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına uyğun olaraq şəhər ərazisində hərəkət məhdudiyyəti tətbiq edilib.
   Şəhər İcra Hakimiyyətinin başçısı və şəhər Polis Şöbəsinin rəisi şəhərə giriş-çıxışın məhdudlaşdırılması məqsədi ilə yaradılmış postlarda və dərman preparatlarının pərakəndə satışını həyata keçirən apteklərdə olan vəziyyətlə yerində tanış olub, Hacıqəhrəmanlı və Bayramlı qəsəbələrində əhali arasında keçirilən “evdəqal” marifləndirmə kompaniyasında iştirak ediblər. Sakinlərin müraciətləri əsasında qəsəbə tibb məntəqələrinin fasiləsiz fəaliyyətinin təmin edilməsi ilə bağlı müvafiq tədbirlər görülüb.
   Eyni zamanda, şəhərin küçə və prospektləri təkrarən dezinfeksiyaedici maddələrlə yuyulub, yaşayış binalarının giriş bloklarında, pilləkən qəfəslərində və pilləkənlərdə, ticarət və xidmət obyektlərində, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində, ödəniş terminallarında, ümumilikdə 142 obyektdə dezinfeksiya işləri davam etdirilib. Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə yaradılmış 23 mobil qrup üzvləri tərəfindən şəhər ərazisində, Bayramlı və Hacıqəhrəmanlı qəsəbələrində izahetmə-xəbərdarlıq işləri gücləndirilmiş iş rejimində davam etdirilib, sakinlərdən məsuliyyətli olmaları, yaşadıqları mənzillərdə və evlərdə qalmaları və xüsusi karantin rejiminin qaydalarına uyğun davranmaları tələb edilib.
   Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin sosial xidmət işçiləri tərəfindən şəhər ərazisində yaşayan 187 nəfər ahıl və tənhalara yaşadıqları ünvanlarda sosial xidmətlərin göstərilməsi işləri davam etdirilib, şəhər İcra Hakimiyyətinə müraciət edən 37 aztəminatlı və tənha şəxlərə müəyyən ərzaq yardımları edilib.
   Şirvan şəhəri ərazisində sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir və profilaktik tədbirlər görülməsi davam etdirilir.

 

 

Keçidlər