Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda xeyriyyə məqsədi ilə aztəminatlı ailələrə kömək olundu.

10 aprel 2020 | 16:00

Koronavirus infeksiyasının sürətlə yayılma təhlükəsini nəzərə alaraq ölkəmizdə elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq Şirvan şəhəri ərazisində profilaktik tədbirlərin həyata keçirilməsi ilə yanaşı aztəminatlı ailələrə köməklik göstərilməsi ilə bağlı sosial aksiyanın icrası da davam etdirilir.
    Belə ki, yolxucu infeksiyaya qarşı mübarizə işlərinə dəstək çərçivəsində ahıl və tənhalara, həmçinin aztəminatlı ailələrə yaşadıqları ünvanlarda lazımi sosial xidmətlərin, diqqət və qayğının göstərilməsi ilə bağlı Şirvan şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə başlanılan aksiyaya Şirvan şəhər Təhsil Şöbəsinin aparatı, E.İmanov adına şəhər 10 nömrəli tam orta məktəb və Şirvan şəhər Bələdiyyəsi də qoşulub. 09-10 aprel 2020-ci il tarixlərində şəhər ərazisində yaşayan ahıl, tənhalar və aztəminatlı ailələr yaşadıqları ünvanlarda xeyriyyəçilər tərəfindən ziyarət edilib, onlara gündəlik tələbatları üçün lazım olan ərzaq məhsulları alınaraq verilib.
    Görüşlərdə şəhər sakinlərinə infeksiyanın sürətlə yayılma riski və törədə biləcəyi fəsadlar barədə ərtaflı məlumatlar verilib, onlardan özlərinin və ailə üzvlərinin sağlamlıqları naminə xüsusi karantin rejiminin tələblərinə və sanitar-epidemioloji normalara ciddi əməl etmələri və milli həmrəylik nümayiş etdirərək evda qalmalarını tövsiyə edilib. Həmçinin ehtiyac yaranacağı halda müraciət etmələri üçün şəhər İcra Hakimiyyəti tərəfindən elan olunmuş qaynar xətlər sakinlərə bildirilib.
    Şəhər İcra Hakimiyyətinin rəhbərliyi təşəbbüskarlara öz minnətdarlığını bildirib.
    Xüsusi karantin rejimi müddətində diqqət və qayğıya ehtiyacı olan ailələrə lazımi köməkliklərin göstərilməsi işləri davam etdiriləcəkdir.                                                                                                                         

Keçidlər