Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində aztəminatlı ailələrə köməklik olundu.

14 aprel 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən fəal və məqsədyönlü siyasət əhalinin sosial cəhətdən həssas qruplarının etibarlı müdafiə sistemi ilə əhatə olunmasına şərait yaradıb. Aztəminatlı vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi dövlət siyasətinin əsasını təşkil edir və onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bütün lazımi imkanlardan istifadə olunur.
    Koronavirus infeksiyasının geniş yayılma təhlükəsini nəzərə alaraq ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi müddətində Şirvan şəhər İcra Hakimiyyəti tərəfindən sosial müdafiəyə ehtiyacı olan ailələrə köməklik göstərilməsi 14 aprel 2020-ci il tarixində də davam etdirilib. Şəhərin müxtəlif ünvanlarında yaşayan ahıl, tənha, sağlamlıq imkanları məhdud aztəminatlı ailələr ziyarət edilib, onlara gündəlik tələbatları üçün lazım olan ərzaq məhsulları verilib.
    Yolxucu infeksiyaya qarşı mübarizə işlərinə dəstək çərçivəsində aztəminatlı ailələrə köməklik göstərilməsi ilə bağlı şəhər İcra Hakimiyyəti tərəfindən başlanılan təşəbbüsə 14.04.2020-ci il tarixində Şirvan Peşə Liseyi,  “33 saylı Yolların Tikinti İdarəsi” MMC, şəhər 1 nömrəli və 13 nömrəli tam orta məktəblər də qoşularaq sosial müdafiəyə ehtiyacı olan ailələri ziyarət edib və onlara ərzaq yardımı veriblər.
    Şəhər sakinlərinə özlərinin və ailə üzvlərinin sağlamlıqları naminə xüsusi karantin rejiminin tələblərinə və sanitar-epidemioloji normalara ciddi əməl etmələri və milli həmrəylik nümayiş etdirərək evdə qalmalarını tövsiyə edilib. Həmçinin ehtiyac yaranacağı halda müraciət etmələri üçün şəhər İcra Hakimiyyəti tərəfindən elan olunmuş qaynar xətlər sakinlərə bildirilib.
    Şəhər sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və onlara göstərilən köməkliyə görə öz minnətdarlıqlarını bildiriblər.
    Xüsusi karantin rejimi müddətində diqqət və qayğıya ehtiyacı olan ailələrə lazımi köməkliklərin göstərilməsi davam etdiriləcəkdir.                                                     

Keçidlər