Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində yaşayan aztəminatlı ailələrə köməklik olundu.

22 aprel 2020 | 16:00

Ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi müddətində həyata keçirilən bütün tədbirlərin mərkəzində vətəndaşların həyat səviyyəsinin qorunması dayanır və onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bütün lazımi imkanlardan istifadə olunur. Ölkə prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, pandemiya dövründə dövlət üçün əsas prioritet insanların sağlamlığı, onların sosial müdafiəsi və vəziyyətə uyğun şəkildə iqtisadi fəallığıdır. İlkin mərhələdə iki ay ərzində 200 min aztəminatlı təbəqədən olan vətəndaşın dövlətdən 190 manat vəsait alması nəzərdə tutulsa da, cənab Prezidentin göstərişi ilə bu kateqoriyaya aid olan insanların sayının 600 min nəfərə çatdırılması nəzərdə tutulmuşdur.
    Koronavirus infeksiyasının geniş yayılma təhlükəsini nəzərə alaraq ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi müddətində bir sıra iş yerlərinin müvəqqəti bağlanmasını nəzərə alan Şirvan şəhər İcra Hakimiyyəti aztəminatlı ailələrə köməklik göstərilməsini davam etdirməkdədir. Belə ki, yolxucu infeksiyaya qarşı mübarizə işlərinə dəstək çərçivəsində növbəti mərhələdə-21-22 aprel 2020-ci il tarixlərində şəhərin müxtəlif ünvanlarında yaşayan ahıl, tənha, sağlamlıq imkanları məhdud 200-dən çox aztəminatlı ailələr Şirvan şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən ziyarət edilib, onlara gündəlik tələbatları üçün lazım olan ərzaq məhsulları verilib.
     Şəhər sakinlərinə infeksiyanın sürətlə yayılma riski, törədə biləcəyi fəsadlar və xüsusi karantin rejiminin uzadılması barədə ərtaflı məlumatlar verilib, onlara özlərinin və ailə üzvlərinin sağlamlıqları naminə karantin rejiminin tələblərinə və sanitar-epidemioloji normalara ciddi əməl etmələri və milli həmrəylik nümayiş etdirərək evdə qalmaları tövsiyə edilib. Həmçinin hər hansı ehtiyac yaranacağı halda müraciət etmələri üçün şəhər İcra Hakimiyyəti tərəfindən elan olunmuş qaynar xətlər sakinlərə bildirilib.
    Şəhər sakinləri karantin rejimi müddətində dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və onlara göstərilən köməkliyə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
    Xüsusi karantin rejimi müddətində diqqət və qayğıya ehtiyacı olan ailələrə lazımi köməkliklərin göstərilməsi davam etdiriləcəkdir.                                                                                                     

Keçidlər